Qusarda uşaq hüquqlarının müdafiəsinə dair müzakirələr aparıldı

Qusarda uşaq hüquqlarının müdafiəsinə dair müzakirələr aparıldı

Hazırda oxunan: Qusarda uşaq hüquqlarının müdafiəsinə dair müzakirələr aparıldı
270146
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Qusar Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin nəzdində fəaliyyət göstərən komissiya əməkdaşlarının iştirakı ilə iclas keçirilib.

Qusar Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, iclasda uşaq hüquqlarının müdafiəsi və qəyyumluq və himayəçilik komissiyalarının, həmçinin az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyanın fəaliyyət istiqamətləri, qarşıdakı dövr üçün nəzərdə tutulan işlərin müzakirəsi həyata keçirilib.

Müzakirələr zamanı komissiyaların fəaliyyət istiqamətlərinə aid olan uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, tərbiyəsi, təhsil alması və bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Yekunda icra başçısı tərəfindən komissiyaların fəaliyyətinin daha səmərəli təşkili, qarşıya qoyulmuş hədəflərin ardıcıl şəkildə icrası ilə bağlı tapşırıq və tövsiyələr verilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO