Xəbər verdiyimiz kimi Azərbaycan Yazıçılar Birliyi tərəfindən mükafata layiq görülən şairlər arasında son zamanlar səhhətiylə bağlı problemlərdən əziyyət çəkən şair Vaqif Bayatlı da var. V.Bayatlı Azərbaycan Yazıçılar Birliyi tərəfindən İmadəddin Nəsimi adına şeir mükafatına layiq görülüb.xa0
Şairin həyat yoldaşı Tamam Bayatlı Moderator.az-a açıqlamasında bildirib ki, şair bu xəbərə görə çox sevinib:
“Vaqif müəllim İmadəddin Nəsimi adına şeir mükafatına layiq görülməsindən xəbəri var. Məlumatı ona özüm oxudum. Sonra soruşdu ki, başqa kimlər mükafata layiq görülüb. Biləndə ki, Musa Yaqub, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Elçin Əgəndiyev və digər yazıçı dostları da mükafatlandırılıb çox sevindi. Hələ mükafat təqdim olunmayıb və düşünürəm ki, təqdimatda bizi də dəvət edəcəklər”.xa0
Tamam xanım şairin səhhətiylə bağlı da danışıb və bildirib ki, artıq Türkiyəyə getməyə hazırlaşırlar:
“Səhhəti hələ ki, elə də qalır. Türkiyəyə getməyə hazırlaşırıq. Beyinini yoxlatdırmalıyıq. Həkimlər desələr ki, beyni yaxşıdı, inkişaf var, onda ürəyindən əməliyyat olunacaq. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Diqqətiniz üçün hamınıza təşəkkür edirik”.xa0
Vasif Əlihüseyn











































































































