“Mediamızda yüngül şeylər üzərində çox dayanıb müzakirə aparırlar...”   - Xalq artisti

“Mediamızda yüngül şeylər üzərində çox dayanıb müzakirə aparırlar...” - Xalq artisti

Hazırda oxunan: “Mediamızda yüngül şeylər üzərində çox dayanıb müzakirə aparırlar...” - Xalq artisti

267845
“İnşallah “Sığmazam”xa0 qəzəlini də ifa edəcəm və media nümayəndələrini dəvət edirəm gəlib İ.Nəsimin qəzəllərini mənim ifamda dinləsinlər və dəyərləndirməyi bacarsınlar”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nəzakət Teymurova gələn ay baş tutacaq konserti haqda danışarkən deyib. Xalq artisti bildirib ki, son zamanlar müzakirələrə səbəb olan “Sığmazam” qəzəlini də yeni formatda ifa edəcək:

“Konsert İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Bilirsiniz ki, həmişə muğam ifaçıları onun qəzəllərini muğam üslubunda oxuyublar. Amma demək olar ki, 10-12 mahnıda İ.Nəsiminin sözləriylə bağlı ifalar olacaq. Bunlar mahnı janrında deyil, buna əsər deyərdim. Keçən konsertdə olduğu kimi bu dəfə də məni “Hicaz” qrupu müşayət edəcək.xa0

İnşallah “Sığmazam”xa0 qəzəlini də ifa edəcəm və media nümayəndələrini dəvət edirəm gəlib İ.Nəsimin qəzəllərini mənim ifamda dinləsinlər və dəyərləndirməyi bacarsınlar. Bu konsertə bir neçə ay vaxtını sərf edən, zəhmət çəkən insanlar var. Özünüz də bilirsiniz ki, mediamızda yüngül şeylər üzərində çox dayanıb müzakirə aparırlar. İstəyərdim ki, bu konsertə sizlər də dəstək olasınız”.xa0

Qeyd edək ki, mayın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurovanın İ.Nəsiminin 650 illiyinə həsr olunmuş “Qəlb aynası” adlı solo konserti olacaq.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO