2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayan və Azərbaycanın ən “yırtıcı” nazirlərindən olan Fazil Məmmədova məxsus “AtaHolding”in büdcəyə 1 milyon manata yaxın vergi borcu var.
Artıq bir neçə ildir sabiq vergilər nazirinə aid olduğu bildirilən “AtaHolding”in maliyyə durumu pisləşdiyindən, bu biznes strukturunun tam iflasın astanasında olduğu barədə məlumatlar var.
Bizim.Media xəbər verir ki, digər şirkətlərə, banklara olan borclarıyla yanaşı, “AtaHolding” MMC-nin 29 iyun 2021-ci il tarixinə 927 940 manat həcmində vergi borcu da var.
Bununla yanaşı, holdinqin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə məhkəmə çəkişməsi də mövcuddur.
Belə ki, DVX-nin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti holdinq barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Yəni F.Məmmədovun uzun illər rəhbərlik etdiyi nazirlik onun öz şirkətini məhkəməyə verib.
Xatırladaq ki, “AtaHoldinq” 2003-cü ildə yaradılmaqla 40 mln. manat nizamnamə kapitalına sahibdir. Holdinq, ölkədə texnologiya, idman, turizm lizinq və sığorta kimi sahələrdə biznes fəaliyyətinə malikdir.
Lakin son illər, xüsusilə də F.Məmmədov nazir postuyla vidalaşandan sonra onun biznes imperiyası da “çat verməyə” başlayıb.
Onun “Atabank” da daxil olmaqla, bir çox biznes subyektləri ya əlindən alınıb, ya da müflis olaraq bağlanıb. Nəticədə çoxlu sayda vətəndaş işsiz qalıb. nazirin şirkətlərilə əməkdaşlıq edən böyük sayda iş adamı ciddi zərər görüb, “Atabank”ın əmanətçiləri olan sıravi vətəndaşlar çıxılmaz vəziyyətdə qalıb. (“azpolitika.info”)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:11 / 29.06.2021
Fazil Məmmədov məhkəməyə verildi - 1 milyon vergi borcu var
Hazırda oxunan: Fazil Məmmədov məhkəməyə verildi - 1 milyon vergi borcu var
Hazırda oxunan: Fazil Məmmədov məhkəməyə verildi - 1 milyon vergi borcu var
26690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.