Bir neçə gün öncə “Azərbaycan alimləri diasporu” informasiya sistemi –xa0www.elmidiaspora.azxa0xa0saytı istifadəyə verilib.
Maraqlıdır, saytın yaradılması bizə və Azərbaycan elminə nə verəcək?
Texnika elmləri doktoru, professor,xa0AMEAxa0İnformasiya Texnologiyaları İnstitutununxa0direktoruxa0 Rasimxa0 Əliquliyevxa0Moderator.az-a açıqlamasında bu işinxa0 ağır olduğunu xatırladıb:
“Konkret sorğu kitabı yoxdur ki, oradan hazır nəsə götürəsən. Azərbaycanlı alimləri tapıb sistem yaratmaq çətin məsələdir. Bu istiqamətdə dövlət siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirir. Hesab edirəm ki, ayrı-ayrı ölkələrdəki alim azərbaycanlılar eyni ideologiya ətrafında formalaşacaq. Ölkəmizdən kənarda fəaliyyət göstərənxa0 (hətta göstərmiş, vəfat etmiş) müxtəlif insanlarxa0 haqqında məlumatları toplayıb hamı üçün açıq olan Azərbaycan, ingilis və rus dilində belə bir resursun onlayn yazılması ağır iş idi. Biz bunu hazırlayarkən müvafiq dövlət qurumlarının, Xarici İşlər Nazirliyinin,xa0 Diasporla İşxa0 üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, AMEA-nın, eləcə də,xa0 müxtəlif diaspor qurumlarının imkanlarından istifadə etmişik. Onların hər birinə ayrı-ayrılıqda müraciət edərək bu sistemi yaratmışıq. Hər birinə təşəkkür edirik. Sistem AMEA-nın İnformasiyaxa0 Texnologiyaları İnstitutu tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin sərəncamına verilib. Əminik ki, Dövlət Komitəsi bu işin öhdəsindən layiqincə gələcək”.xa0
Rasim Əliquliyev “Azərbaycan alimləri diasporu” saytının Azərbaycan elminə verəcəyi töhfədən də danışıb:
“Saytınxa0 yaradılmasınınxa0 bizə nə verəcəyinixa0 soruşursuz. Əvvəla, bütün dünyaya Azərbaycan xalqının çox layiqli, elmə töhfə verən alimləri haqqında məlumat alacağıq. Bu zaman dünya xalqları da biləcək ki, Azərbaycanın belə dəyərli insanları var. Süni intellektin atalarından sayılan Lütfi Zadə azərbaycanlıdır. Lazer texnologiyasını ilk yaradan Əli Cavan azərbaycanlıdır. Bütün dünyaya bəyan edirik ki, yüksək intellektuala töhfə verən dühalar, zəkalar Azərbaycanda yetişib. Bu, birinci mesajdır.
İkinci mesaj həmin alimlərin, dünyanın müxtəlif ölkələrində yaşayan insanların bir-biri ilə tanış olması üçün ümumi bir mühitdir. Bunu yaradırıq ki, Yaponiyada yaşayan alim Türkiyədə yaşayan alimi tanıyıb ondan hər hansı məlumat alsın və sairə. Bu, internet mühitidir, hamı üçün əlçatandır. Bütün dünya azərbaycanlıları, xüsusən də alimləri bir-birini tanısın.
Üçüncü məsələ, Azərbaycanda böyüyüb boya- başa çatan, ali məktəbi bitirən, akademiyadaxa0 hansısa doktorantura təhsili alan insan da sabah həmin alimlərlə təmas qurub, onlarla birgə layihə həyata keçirmək,xa0 müxtəlif konfranslara dəvət etmək,xa0 öz elmi məktəblərinə yaxınlaşdırmaq kimi imkanlar əldə edəcək.
Dördüncüxa0 məsələ odur ki, bütün Azərbaycan gəncləri qürur hissi ilə deyəcək ki, bu mənim həmyerlimdir, millətimin nümayəndəsidir. Düşünürəm ki, bütün bu məqsədlər qarşımıza qoyulub. Bu məsələlərdə Azərbaycan elmini inkişaf etdirməli, dünyaya inteqrasiya olunmalıyıq. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbyacanlı alimlərin diqqətini bugünkü Azərbaycana cəlb etməliyik. Bu zaman təbii ki, onlar Azərbaycanın hər hansı probleminə biganə qalmayacaq”

Bu sayt “Ana səhifə”, “Sistem haqqında”, “Rəsmi sənədlər”, “Statistik göstəricilər”, “Faydalı linklər” və “Əlaqə” bölmələrindən ibarətdir. Saytın “Statistik göstəricilər” bölməsində xaricdə yaşayan alimlərin ölkələr və elm sahələri üzrə paylanması, eləcə də demoqrafik göstəricilərinə dair statistik rəqəmlər təqdim olunub. Statistik məlumatlara görə, Rusiyada 197, Türkiyədə 134, ABŞ-da 26 olmaqla, ümumilikdə, dünyanın 39 ölkəsində 500 azərbaycanlı alim fəaliyyət göstərir. Onlardan 440-ı kişi, 60-ı qadındır. Həmin alimlər, əsasən, riyaziyyat (91), tibb elmləri (54) və fizika (47) sahələrini təmsil edirlər.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda müxtəlif göstərici üzrə axtarış imkanı da yaradılıb.
Bu sahənin mütəxəssisləri isə hesab edirlər ki, bu kimi işlər dünya çapında azərbaycanlıların intellektual, elmli olduqlarını bir daha ortaya qoyacaq.
Xüsusilə MDB məkanında haqqımızda yaradılmış “Bazar adamı” fikri bu kimi addımlarla əriyəcək.
Bir az da konkretləşdirsək, diasporla bağlı dövlət siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsinin son bir ildəki fəaliyyəti xaricdəki soydaşlarımızı bütün istiqamətlərdə bir çətir altında birləşdirir.xa0 Bu mənada dünyadakı azərbaycanlı alimlərin virtual evinin yaradılmasını bütövlükdə xalqımız üçün böyük töfvə hesab etmək olar”.






































































































