xa0Bu insanlar Allahı unudublar... -Hətta yaxınlarına belə rəhm etmirlər...

xa0Bu insanlar Allahı unudublar... -Hətta yaxınlarına belə rəhm etmirlər...

Hazırda oxunan: xa0Bu insanlar Allahı unudublar... -Hətta yaxınlarına belə rəhm etmirlər...

249315

İnsan Allah ilə bir çox əhd bağlamışdır: tövhid, Allahı tanımaq, şeytana və nəfsinə itaət etməmək kimi. Ancaq fasiqlər – Allahla bağladıqları bütün bu əhdlərin hamısını pozandırlar. Onlar Allaha itaətsizlik edib, şeytana (lən) təslim olanlardır. Ona görə də həqiqi ziyankarlar da məhz onlardır.

xa0

“Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozurxa0(Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeylərixa0(qohum-əqrəba, Məsumlar (ə) və din kimi şeylərlə əlaqəni)xa0kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).

xa0

Bu, həqiqətdir ki, insan zərr dünyasından bu aləmə gələn zaman həmin əhdləri unudur, ancaq fitrəti və insan təbiəti bu əhdləri unuda bilməz. Çünki insanın batininə qoyulmuş bir hissdir ki, onu doğru yola hidayət edər. Ona şeytana itaət etməməyi əmr edər.

xa0

Allah Təala bu əhd haqqında Quranda buyurur:xa0“Ey Adəm övladı, məgər Mənxa0(peyğəmbərlər və öz ağlınız vasitəsilə)xa0sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!». Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!”. Şübhəsiz,xa0(şeytan)xa0sizin içinizdən bir çox dəstələrı azdırdı, heç düşünmürdünüzmü?!”. (“Yasin” 60-62).

xa0

Bu ayə həmin tövhid fitrətinə işarə edir ki, insanı kamala çatdıracaqdır. Əmirəl-möminin (ə) buyurur:xa0“Allah peyğəmbərlərini (ə) bir-birinin ardınca insanlara tərəf göndərdi ki, onlardan fitri əhdlərinə əməl etməsini istəsinlər”.

xa0

Allah insana çox sayda nemət verir. Ancaq verdiyi bu nemətlərin hər birinin öz hədəfi vardır. Göz – həqiqətləri görmək üçündür, qulaq – həqiqətləri eşitmək üçündür, dil – həqiqətləri demək üçündür, qəlb – həqiqətləri həyata keçirtməkdə bədənə yardım etmək üçündür. Əgər insan bu nemətlərdən öz hədəfi yolunda istifadə etməzsə, o zaman ziyankarlardan olar və əhdini pozar.

xa0

Fasiqlərin başqa bir nişanəsi yer üzündə fəsad törətməkləridir.xa0“O kəslər ki, yer üzündə fəsad törədər vəxa0(heç vaxt)xa0islah etməklə məşğul olmazlar”. (“Şüəra” 152).

xa0

Çünki bu insanlar Allahı unudublar, Ona itaətsizlik ediblər, hətta yaxınlarına belə rəhm etmirlər.xa0Öz ləzzət və mənfəətləri üçün yer üzündə fəsad törədir və rəzil hədəflərini həyata keçirirlər. Hədəfləri bu dünyadan bacardıqları qədər çox faydalanmaqdır. Ona görə də bu yolda heç kəsə rəhm etmir və heç bir günahdan çəkinmirlər. (Həvzəh)

xa0

Bəli, onlardır həqiqi ziyankarlar. Çünki onlar axirətlərini dünyalarına satıblar. Fani olan dünyanı, əbədi olan dünyadan üstün hesab edirlər.

Ali qüvvəyə malik olan Qadir Allah yerinə, Onun behiştindən qovulmuş və insanlığın qatı düşməni olan şeytana (lən) itaət edir və təslim olurlar.

xa0

Bu insanları xüsrandan başqa bir şey gözləmir.

xa0

Beləliklə, ziyankarlardan olmamaq üçün, insan öz fitrətinə uyğun yaşamalıdır...


xa0/Deyerler.org/

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO