XİN-in nəzdində yeni İDARƏ YARADILDI

XİN-in nəzdində yeni İDARƏ YARADILDI

Hazırda oxunan: XİN-in nəzdində yeni İDARƏ YARADILDI
249150
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən ”Təbiət Naminə Ölkələri Səfərbər Edən Kənd Təsərrüfatı” Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, həmin idarə bundan sonra iqlimlə bağlı beynəlxalq platformalar çərçivəsində aparılan danışıqların davamlı iştirakçısı kimi bu prosesdə Azərbaycanın töhfəsini təmin edəcək.

“Təbii ki, proseslərə uyğun olaraq həm iqtisadiyyatımızda, həm də iqlim məsələlərinə yanaşmada yeni siyasi mövqelərimiz formalaşdırılacaq. Ancaq bizim üçün əsas hədəf indiyədək əldə olunmuş nəticələrin reallaşmasına, yəni ambisiyadan icraya yönələn bir addıma keçirilməsidir", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO