“Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib

“Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib" -DİM sədrindən ittiham

Hazırda oxunan: “Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib" -DİM sədrindən ittiham

247732

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların keçirilməsinə xərclənən vəsaitlə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

xa0

Moderator.az-ın məlumatına görə, M.Abbaszadə bu gün keçirilən "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda konfransda çıxışı zamanı qeyd edib, DİM üçün ayrılan vəsaitin yarısı imtahanların keçirilməsi üçün kənardan dəvət edilmiş şəxslərə xərclənib:

"Dövlət İmtahan Mərkəzi yaranan zaman quruma dövlət tərəfindən 7,6 milyon manat ayrılıb. Pulun 3,5 milyon manatı kənardan dəvət olunan adamlara ödənilib. İmtahanın şəffaf, düzgün keçirilməsi üçün belə vəsaitin sərf edilməsi normaldır. Çünki onlar adekvat əmək haqqı almalıdırlar".

xa0

M.Abbaszadə bildirib ki, DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyyəti 210 nəfərdən ibarətdir: "Təbii ki, qeyd olunan miqyasda tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac var".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO