Ermənistan Müdafiə Nazirliyi ilə heç bir rabitə yoxdur  - Bakıdan Tonoyana rəsmi cavab

Ermənistan Müdafiə Nazirliyi ilə heç bir rabitə yoxdur - Bakıdan Tonoyana rəsmi cavab

Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyi ilə heç bir rabitə yoxdur - Bakıdan Tonoyana rəsmi cavab

246432

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlamasına cavab verib.

Müdafiə Nazirliyindənxa0Moderator.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil:xa0

"Düşənbədə əldə olunmuş razılığa əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Xatırladaq ki, Ermənistan müdafiə naziri David Tonoyan bu gün bəyanatla çıxış edib. D.Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO