Küçə itləri

Küçə itləri "söz sahibi"nə çevrilib, əlaqədar qurumlarsa faciə baş verməsini gözləyir...

Hazırda oxunan: Küçə itləri "söz sahibi"nə çevrilib, əlaqədar qurumlarsa faciə baş verməsini gözləyir...

243289
Moderator.az xəbər verir ki, küçə itləri son zamanlar Bakının bir çox qəsəbə və kəndlərində fəallaşıb.xa0

Belə itlər daha çox qəsəbələrdəki zibilliklərin yanında dolaşaraq, ordan qidalanırlar. Küçə itlərinin fəal olduğu qəsəbələrdən biri də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsidir. Sakinlər əməkdaşımıza bildiriblər ki, küçə itləri qəsəbədə o qədər artıb ki, axşam saatların işdən gələndə onların hücumlarına məruz qalırlar. Bu problemlərlə isə nə qəsəbə icra nümayəndəliyi, nə də bələdiyyə maraqlanmır.xa0
Məsələylə bağlı Kürdəxanı bələdiyyəsinə müraciət etdik. Bələdiyyədən bildirdilər ki, küçə itlərinin sakinlərə hücumu ilə bağlı indi xəbər tuturlar və onlar bir neçə gün ərzində bu problemi həll edəcəklər. Ümidvarıq ki, aidiyyatı qurumlar sakinlərin bu probleminin həllində onlara yardımçı olacaqlar. Əməkdaşımızın ərazidən çəkdiyi fotoları təqdim edirik.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO