Həbsxanaya qadağan olunmuş maddələrin keçirilməsinin qarşısı alındı

Həbsxanaya qadağan olunmuş maddələrin keçirilməsinin qarşısı alındı

Hazırda oxunan: Həbsxanaya qadağan olunmuş maddələrin keçirilməsinin qarşısı alındı

243286

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdənxa0Moderator.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Həmzəyev Seymur Bəyverdi oğluna qardaşı Fizuli rayon sakini Behbudov Yasin Müslüm oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,915 qram olan 383 ədəd güclü təsiredici “Metandienon” həbi və 2 ədəd “Sustanon” adlı şüşə qabda 0,25 qram testesteron efiri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO