Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO

Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO

Hazırda oxunan: Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO
242178
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşada qala divarları qorunub saxlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə APAya Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Şuşanın Baş Planında qala divarlarının yer almadığı iddia olunub, bununla bağlı fotolar da yayılıb.

Dövlət Komitəsindən isə bildirilib ki, Şuşa şəhərinin Baş Plan layihəsi çərçivəsində şəhərin memarlıq üslubuna dair müxtəlif konseptual həllər işlənib:

“Bu həllər şəhərin perspektiv inkişaf dövründə icra olunacaq memarlıq layihələri üçün istiqamətverici rol oynayır. Qala divarları da daxil olmaqla, Şuşa ərazisində mövcud olan və dövlət mühafizəsinə götürülmüş bütün daşınmaz tarix və mədəniyyət abidələrinin qorunub saxlanması baş planda nəzərə alınıb”.


Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO - foto 1
Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO - foto 2
Şuşada qala divarlarının söküləcəyi iddialarına RƏSMİ CAVAB - FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO