Şamaxıda AĞIR QƏZA – Avtomobil dərəyə aşdı - VİDEO

Şamaxıda AĞIR QƏZA – Avtomobil dərəyə aşdı - VİDEO

Hazırda oxunan: Şamaxıda AĞIR QƏZA – Avtomobil dərəyə aşdı - VİDEO
240287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Məlhəm kəndi ərazisində qeydə alınıb.

Şamaxı istiqamətində hərəkətdə olan 90-XX-250 dövlət nömrə nişanlı Mercedes markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq 50 metr dərinliyində olan dərəyə aşıb.

Qəza zamanı avtomobildə olan 30 yaşlı Mehdi Mehdizadə Xalıq oğlu, 24 yaşlı Aycan Rüstəmzadə Muxtar qızı və 23 yaşlı Qurbanov Asif Rüstəm oğlu müxtəlif bədən xəsarətləri alıb.

Əraziyə FHN-in xilasetmə qrupu cəlb olunub. Hər üç şəxs avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəsarət alanlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəzanın qatı duman səbəbindən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO