Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO

Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO

Hazırda oxunan: Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO
240018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın 18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub.

Bizim.Media xəbər verir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat verilib.
 

Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır.


Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik ibadət zalı var.

Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə verilib.

Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO - foto 1
Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO - foto 2
Leyla Əliyeva Qubada “Altı günbəz” sinaqoqu ilə tanış oldu - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO