"Qarabağ uğrunda döyüşə hazır olmağı təbliğ etmək hər bir titullu dindarın borcu olmalıdır"

Hazırda oxunan: "Qarabağ uğrunda döyüşə hazır olmağı təbliğ etmək hər bir titullu dindarın borcu olmalıdır"

239764
Azərbaycanda Məhərrəmlik ayı başladı. Bu ay adətən hüzn və kədərlə müşayət olunur. Bu günlərdə insanlar həm də İmam Hüseynin yasını saxlamaqla bərabər zülmə, zülmkara, haqsızlığa qarşı şəhid olanadək mübarizə aparmağın fəlsəfəsini dərk etməyə çalışırlar. Təbii ki, Hüseyn mübarizəsinin fəlsəfəsini hamı eyni səviyyədə dərk etmək iqtidarında deyil və bu sahənin bilicilərinin izahına əksəriyyətin ehtiyacı olur. Təəssüf ki, zaman-zaman Məhərrəmlik ayının mahiyyətini öyrənməkdən çox insanları yanlış istiqamətə aparmağa cəhd edən qüvvələr, ayrı-ayrı şəxslər olub.xa0

Din həssas amildir. Bu həssaslıqdan sui-istifadə edənlər bəzən bütöv bir ölkəni, regionu, ayrı-ayrı cəmiyyətləri, toplumları səhv yola aparmaqla böyük fəlakətlərə də səbəb olublar. Xüsusi xidmət orqanında işlədiyim müddətdə dinin müxtəlif siyasi-iqtisadi maraqlar naminə istifadə olunduğunu və bu zaman kataklizmlər yaşandığını, hətta faciə həddinə çatdırılmasının da şahidi olmuşam. Bu zaman təhlükəsizlik qaydalarına necə gəldi deyil, xüsusi həssaslıq və bacarıqla yanaşma vacib şərtlərdən biridir. Bunu vurğulamaq ona görə vacibdir ki, səriştəsiz səlahiyyət sahiblərinin aşırı müdaxiləsi, yersiz can-fəşanlığı, kobudluğu, dindarları təhqir etməsi əks reaksiyalara səbəb olur və bu zaman hədəf həmin səlahiyyət sahibi deyil, bütün hakimiyyət olur. Qeyd etdiyimiz səriştəsiz müdaxilənin acı nəticəsini bu yaxınlarda baş verən Gəncə hadisələrində şahidi olduq. Gəncə hadisəsini məhz səriştəsiz, kobud, həssas yanaşmamanın nəticəsi kimi dəyərləndirmək lazımdır.xa0

Azərbaycan müstəqillik əldə edənədək cəmiyyətimiz dini zəmində baş vermiş qarşıdurmaları-xa0 radikalların təyyarə qaçırmasını, din bayrağıxa0 altında qətliamalar təşkil olunduğunu yalnız dar çərçivəli sovet mətbuatı vasitəsilə bilirdi. Azərbaycan müstəqil olandan sonraxa0 sovet ateist və kommunizm ideologiyası da dağıldı və ölkəmizdə yaranmış dini tələbat sürətlə artmağa başladı. Bu işdə daha çox kənar dövlətlərin rolu hiss olunurdu. Təəssüf ki, heç də hər kəs məscid və ibadətgah yaratmaqla, dini kurslar və mədrəsələr açmaqla deyil, öz ölkələrinin dini ideologiyalarını yeritməklə, dini bəhanə etməklə bir dövlət olaraq bizi öz təsirləri altına salmağa çalışdılar. Bu bəzi dövlətlərin Azərbaycanda xeyirxahlıq pərdəsi altında gördükləri işlərlə müşayət olunurdu. Xarici ölkələrdə dini təhsil alıb gələn gənclər Azərbaycanda dünyəvi dövlət quruluşundan imtina edilməsi və şəriət dövləti qurmağın təbliği ilə məşğul olmağa başladılar.

Bu proses ötən əsrin sonlarında, yeni əsrin əvvəllərində geniş vüsət alsa da, indi tam sıradan çıxmasa belə demək olar ki, görülən tədbirlər nəticəsində xeyli səngiyib.

Açığı, dini ekstremizmin, radikal dindarların qarşısının alınmasında dövlətin xüsusi xidmət orqanı DTX-nın böyük payı var və son hadisələr də göstərdi ki, bu sahəyə əməliyyat nəzarəti ciddidir və ekstremist hərəkətlərə qarşı barışmaz mövqedədir. Amma, məsələ yalnız inzibati, hüquqi yollarla deyil,xa0 maarifləndirmə yolu ilə də lazım olan nəticələrə nail olmaq mümkündür və vacibdir. Bununla bərabər son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ( DQİDK) apardığı maarifləndirici fəaliyyətini də qeyd etmək lazımdır. Amma, bu işdə nöqsanlar hələ də qalır. Birincisi, DQİDK-in tədbirləri çox dar dairəni əhatə edir. Mətbuatdan da görünür ki, maarifləndirmə işləri hansısa bölgədə məscidlərdə konkret vəzifələr tutan şəxslərlə və onlara yaxın azsaylı dindarlarla keçirilir. Bu tədbirlərin səmərəsi yetərli deyil, cəmiyyətin, onun dindar kəsiminin geniş hissəsini əhatə etmir. İkincisi, bu tədbirlər yalnız dindar şəxslərlə deyil, ümumiyyətlə cəmiyyət arasında aparılmalı, ümumrespublika toplantıları keçirilməli, televiziya kanalında (kanallarında) müntəzəm olaraq forma və məzmunu təsiredici olan maarifləndirici verilişlər təşkil olmalıdır. Vaxtilə verdiyim təkliflərin bəzilərini bir daha qeyd etməkdə yalnız fayda olacağını düşünürəm.
xa0
- Azərbaycanda fəaliyyət göstərən rəsmi dini qurumların nümayəndələrinin birlikdə ali təhsil məktəblərində görüşlərini təşkil etmək, dini dözümlüyü təbliğ edən mühazirələr oxumaq, dünyəvi dinlərin bir-birinə qarşı olmadığını səlahiyyətli dindarların və alim mütəxəssislərin dili ilə gənclərə təlqin etmək. Bu tədbirlər kampaniya xarakterli deyil, mütəmadi hal almalıdır.xa0

- Qeyd olunan məsələləri televiziya vastəsilə geniş kütlələrəxa0 izah etməklə mütəmadi verilişlər təşkil etmək.xa0

- Radikal islamçıların doğru yolda olmadıqlarını, İŞİD vəhşiliyinin əyani təsvirini göstərməklə xalqa çatdırmaq, məscidlərdə təriqətlərarası dialoq təşkil etmək, insanların inancına zorla müdaxilənin müqəddəs kitablarda qadağan olunduğunu alim-mütəxəssislərin köməyilə izah etmək.xa0
- Xaricdən qaynaqlanmış dini, ideoloji müdaxiləni qadağan edən, dinlərarası münaqişə yaratmaq cəhdlərinin və hərəkətlərinin cəzasını daha da sərtləşdirmək məqsədilə cinayət məcəlləsinə, inzibati-xətalar məcəlləsinə uyğun dəyişikliklər etmək.
xa0xa0
Yuxarıda qeyd olunanlarla yanaşı, əhəmiyyət kəsb edən, amma çox vaxt vurğulanmayan bir məsələni də diqqətinizə çatdırmağa ehtiyac var. Burda dini ekstremizmə qarşı mübarizədə xüsusi xidmət orqanının və dini işlər üzrə dövlət komitəsinin adı çəkilsə də Qafqaz Müsəlmanları İdarəsini və hörmətli şeyx Allahşükür Paşazadənin də rolunu göstərmək lazımdır. Bu qurumun da fəaliyyətində çatışmazlıqlar var və qeyd edəcəyik. Amma, əvvəlcə müsbət işlərə nəzər salaq. Dini zəmində dövlətimizin mövqeyini qoruyan elə müsbət məsələlər, elə proseslər baş verir ki, bəzən onun mənbəyi cəmiyyət üçün bəlli olmur. Bildiyiniz kimi zaman-zaman Şimali Qafqazın radikal dindar qrupları ölkəmizi də terror hədəfinə çevirmək üçün burda təşkilatlanmaq, hətta terror hadisələri törətməkdə israrlı olublar. Miqyası böyük olmasa da radikalların qanunsuz silah-sursat əldə edib terrora hazırlıq gördükləri barədə məlumatlar yayılıb. Son illər bu istiqamətdə xüsusi narahatçılıq yaradan proseslər baş vermir. Alınan məlumatların təhlili göstərir ki, şeyx Paşazadənin Şimali Qafqazın həm ayrı-ayrı rəhbərləri, xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovla şəxsi münasibətləri, eyni zamanda bölgənin din xadimləri arasında olan nüfuzunun bu işdə böyük rolu var. Şimali Qafqaz kimi narahat bir bölgədən bu əmin-amanlığa nail olmaq, ölkəmizin bu istiqamətdə təhlükəsizliyinin əsaslı təminatından biridir. Hörmətli Şexin müstəqilliyimizin ilk aylarında Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasında və bu gün də təşkilatın xətti ilə strateji maraqlarımızın qorunmasında rolu tarixi faktdır. Azərbaycan çoxmillətli dövlət olduğu kimi, həm də başqa dinlərə, təriqətlərə inanan insanların ölkəsidir. Müasir dünyada gedən qloballaşma, geopolitik regionalizm kimi proseslərin inkişaf etdiyi bir zamanda dini və milli tolerantlıq, multikultural dəyərlərin qorunub saxlanmasıxa0 mənəvi, mədəni mahiyyət kəsb etməkdən daha çoxxa0 dünyəvi dövlət quruluşuna malik Azərbaycanın ictimai-siyasi təhlükəsizliyini təmin edən, şərtləndirən, sabitliyinə qarant olan vacib amildir. Qafqaz müsəlmanları idarəsinin, onun rəhbəri Şeyx Allahşükür Paşazadənin bu tolerantlıq mühitini yaratmaqda xeyli müsbət rolu var.xa0
xa0xa0
Amma, yuxarıda qeyd etdiyimiz kimi nöqsanlar da mövcuddur və hesab edirik ki, onları aradan qaldırmaq elə də çətin deyil. QMİ öz nüfuzundan istifadə edərək maarifləndirmə işini kütləviləşdirməli, gənclər arasında dini mövzuların xurafat, mövhumat kimi yayılmasının qarşısını almaq məqsədilə islam mütəxəssislərinin izahlı fəaliyyətini təşkil etməlidir. Yerlərdə tez-tez yalnız dindar kəsimlə kifayətlənməyib, geniş ictimaiyyət nümayəndələri ilə görüşlər keçirmək, Azərbaycanın dövlət maraqlarının hər şeydən üstün tutlduğunu və dindarların, inanclı insanlarınxa0 kənar dövlətlərin təsiri altına düşənlərin fəaliyyətinin qarşısının alınacağını əhalinin nəzərinə çatdırmalıdır. Bu məsələyə xüsusi diqqət yetirilməlidir, çünki Qarabağın işğal altında olmasına baxmayaraq bəzi dindarların təsir altına düşüb Suriyaya və başqa xarici ölkələrə döyüşməyə getməsi halları məlum faktlardır. Dindar şəxslər, xüsusilə gənclər arasında vətənpərvərlik tərbiyəsi aşağı olduğundan indiyədək Qarabağ uğrunda, vətən uğrunda onların təbliğat aparmaları demək olar ki, yox səviyyəsindədir. Dini təəssübkeşliyi əsas götürüb, xarici ökələrlə həmrəylik nümayiş etdirməyi deyil, Qarabağ uğruna döyüşə hazır olmağı təbliğ etmək hər bir titullu dindarın borcu olmalıdır.
xa0xa0
İndi Məhərrəmlik ayı başlayıb. Qarşıda Aşura günü var. Azərbaycanda xarici təsirlərin altına düşən bəzi qüvvələr, dindarlar əhalinin bu matəm gününü qeyd etməsindən, o günün insanlarda yaratdığı psixoloji ovqatdan yararlanmağa çalışması və kütləvi tədbiri kütləvi iğtişaşa yönləndirmə cəhdlərinin mümkünlüyü istisna deyil. Bu cür təxribatlara əvvəllər də müəyyən çağırışlar, cəhdlər olub. Bu məsələ ilə bağlı ilk növbədə təhlükəsizlik orqanları məşğuldur və təxribatların qarşısını almağa hazırdır. Ölkədə və bölgədə həssas durumdur. Arzu edərdik ki, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri yerlərdə Aşura günündən əvvəl inanclı, dindar kəsimlərlə görüşlər keçirsinlər. Görüş iştirakçılarına bir daha izah olunsun ki, müqəddəs günü kimlərinsə dövlətə qarşı yönəlmiş maraqlarına çevirmək çağırışlarına heç kim uymasın. Yayda Gəncədə baş verənlərin təsiri heç də azalmayıb və ölkənin ikinci paytaxtına hörmətli Şeyxin bu ərəfədə səfər etməsi və lazımi söhbətlər aparması, görüşlər keçirməsi də məqsədəuyğundur.xa0
Azərbaycan xalqı öz inancının başqaları tərəfindən sui-istifadə edilməsinə heç zaman imkan verməyəcək.

İlham İsmayıl
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO