Boş qalmış plan yerlərinə qəbul olunanların qeydiyyatı başladı

Boş qalmış plan yerlərinə qəbul olunanların qeydiyyatı başladı

Hazırda oxunan: Boş qalmış plan yerlərinə qəbul olunanların qeydiyyatı başladı

237460

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindənxa0Moderator.az-a məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO