Şeyx Gəncəyə getdi -  Dindarlarla görüşəcək

Şeyx Gəncəyə getdi - Dindarlarla görüşəcək

Hazırda oxunan: Şeyx Gəncəyə getdi - Dindarlarla görüşəcək

233171
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.

Şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir.

Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və iki polis zabitinin qətlə yetirilməsi hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını islam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.

Allahşükür Paşazadə, həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuş iki polis zabitinin ailəsinə baş çəkəcək. (modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO