Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO

Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO

Hazırda oxunan: Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO
232183
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş 24 cinayət işi üzrə ümumilikdə 5 ton 168 kq 332 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki. beynəlxalq standartlara və milli qanunvericiliyə uyğun şəkildə şəffaflıq prinsipi əsasında həyata keçirilmiş məhvetmə aksiyasını BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin, media və ictimai təşkilatların nümayəndələri də müşahidə edib.

Məhv edilənlərin 91.3%-i daha təhlükəli narkotiklər: yəni 4 ton 662 kq 185 qramı heroin və 58 kq 837 qramı metamfetamin olub, bundan əlavə 369 kq 529 qram tiryək, 77 kq 779 qram həşiş və digər maddələr də məhv edilib.

Bu narkotiklərin 98.7%-i, yəni 17 fakt üzrə 5 ton 105 kq 990 qramı cənub sərhədlərindən Azərbaycan ərazisinə daxil olmaqla tranzit yolla Avropa ölkələrinə çatdırılması üçün nəzərdə tutulub.

Məhv edilən narkotiklərin Avropada qanunsuz orta pərakəndə satış qiyməti 272 milyon avrodan çox təşkil edir.
 

Dövlət Gömrük Komitəsi bəyan edir ki, ölkəmizə qarşı narkotəhdidlər və yeni çağırışlar nəzərə alınmaqla narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gömrük orqanlarının prioritet vəzifələrindəndir.


Bu məqsədlə əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi, gömrük orqanlarının yoxlama baxış sistemləri, müasir texniki nəzarət vasitələri və narkotik axrtarışı üzrə kinoloji itlərlə təmin olunması, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) və digər yeni texnologiyalar tətbiq edilməklə onların potensialının və şəxsi heyətin peşəkar hazırlığının artırılması istiqamətində tədbirlər görülür.

Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 1
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 2
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 3
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 4
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 5
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 6
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 7
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 8
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 9
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 10
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 11
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 12
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 13
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 14
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 15
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 16
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 17
Gömrükdə dövriyyədən götürülən 5,1 tondan çox narkotik məhv edildi - FOTO - foto 18

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO