Xarici tələbələr Füzuli və Cəbrayıla getdilər

Xarici tələbələr Füzuli və Cəbrayıla getdilər

Hazırda oxunan: Xarici tələbələr Füzuli və Cəbrayıla getdilər
23203
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 16 ali təhsil müəsissəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsinin və nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, səfər "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə" Dövlət Proqramının gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi bəndinin icrası ilə əlaqədar həyata keçirilir. İcraçı qismində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil və Müdafiə Nazirlikləri çıxış edir.

Ümumilikdə 65 nəfərdən ibarət səfər iştirakçıları işğaldan azad olunmuş ərazilərdə şərti mina partlayışını izləyəcək, Füzulidə qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq və şəhər dağıntılarını ziyarət edəcək.

Cəbrayılda isə Xudafərin körpüsü, su elektrik stansiyası, "Dostluq bulağı", "Qədim çinar" yay kinoteatrı, şəhər qəbiristanlığı və şəhər dağıntılarına baş çəkiləcək.

Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək. Böyük milli bayrağın açılması və dövlət himninin canlı oxunması fleşmobu da səfər proqramına daxildir.

Bizim.Media

Xarici tələbələr Füzuli və Cəbrayıla getdilər - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO