“Biz inanırıq ki, ölkə başçısı bu özbaşınalığın axırına çıxacaq”

“Biz inanırıq ki, ölkə başçısı bu özbaşınalığın axırına çıxacaq”

Hazırda oxunan: “Biz inanırıq ki, ölkə başçısı bu özbaşınalığın axırına çıxacaq”

231821
İyulun 3-nə keçən gecə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə qaranlığa qərq oldu. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq stansiyadakı problem həll olunsa da, bölgələrə hələ də elektrik enerjisi fasilələrlə verilir.

"Tövbə" Cəmiyyətinin sədri Həci Əbdül Moderator.az -a açıqlamasında bildirdi ki, ölkə başçısı bu özbaşınalığın axırına çıxacağına ümid edir:

“İşıq olmadığı üçün azyaşlı uşaqlarla buna məcburiyyət qarşısında qalıb dözdük. Ümid edirik ki, baş verən hadisəylə bağlı tədbir görüləcək. Ölkəni işıqsız qoyan məsuliyyətsiz məmurların özbaşınalığına son qoyulacaq. Ölkə başçısı artıq məsələni nəzarətə götürüb və bununla bağlı keçirdiyi müşavirədə də bildirdi ki, bu məsuliyyətsizliyi edən şəxslər cəzalandırılacaq. Biz inanırıq ki, ölkə başçısı bu özbaşınalığın axırına çıxacaq”.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO