QAT Cümhuriyyət abidəsini ziyarət etdi
  -FOTOLAR

QAT Cümhuriyyət abidəsini ziyarət etdi -FOTOLAR

Hazırda oxunan: QAT Cümhuriyyət abidəsini ziyarət etdi -FOTOLAR

226975
Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri bu gün Cümhuriyyət abidəsini ziyarət ediblər. QAT üzvləri saat 11:00 radələrində “İçərişəhər” metrostansiyasının qarşısına toplaşıblar. Polis rəhbərliyi QAT üzvlərinə yaxınlaşaraq kütləvi ziyarətə icazə verilmədiyini bildiriblər, bu xəbərdarlığa baxmayaraq QAT üzvləri abidəyə doğru irəliləyiblər, polislərlə sərt qarşıdurma yaranıb, polis əməkdaşları kənara çəkilməli olublar. QAT üzvləri yürüşlə abidəyə doğru gediblər, “Yaşasın Azərbaycan Xalq Cümhuriyyəti!”, “Qarabağ!”, “Ya Qarabağ, ya ölüm!”, “Şanlı Azərbaycan!” və digər şüarları səsləndirib, dövlət himnini oxuyublar. Abidənin qarşısına gül dəstələri qoyulub, sonra QAT sədri Akif Nağı və digərləri çıxış ediblər. Akif Nağı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yeri, M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, N.B.Yusifbəyli, F.X.Xoylu, Ə.B.Ağaoğlu, B.X.Cavanşir, X.B.Sultanov və digər böyük şəxsiyyətlərin xidmətlərindən danışıb və xüsusi olaraq vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü Cümhuriyyət dövrünün sərhədlərində bərpa olunmalı, torpaqlarımız son qarışına qədər işğaldan azad olunmalıdır. İnanırıq ki, o gün uzaqda deyil.”



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO