MN-dəki 143 milyonluq yeyinti ilə bağlı qalmaqallı məhkəmə BİTDİ - Generala 11 il 6 ay həbs verildi

MN-dəki 143 milyonluq yeyinti ilə bağlı qalmaqallı məhkəmə BİTDİ - Generala 11 il 6 ay həbs verildi

Hazırda oxunan: MN-dəki 143 milyonluq yeyinti ilə bağlı qalmaqallı məhkəmə BİTDİ - Generala 11 il 6 ay həbs verildi

224119

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə ittiham edilən əsas fiqurlar - general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəislərinin məhkəməsi başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər bəyan edib ki, müttəhim zabitlərə verilmiş ittihamlar məhkəmə istintaqında kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Bu səbəbdən onlara ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməli, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər.

Hökmə əsasən, general Nizami Məmmədov 11 il 6 ay, polkovnik Bayram Bayramov 11 il 6 ay, polkovnik Cəlal Kazımov 11 il, mayor Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO