“20 Yanvar” metrosundan Sumqayıta gedən ekspress avtobusda gediş haqqı NƏ QƏDƏRDİR?

“20 Yanvar” metrosundan Sumqayıta gedən ekspress avtobusda gediş haqqı NƏ QƏDƏRDİR?

Hazırda oxunan: “20 Yanvar” metrosundan Sumqayıta gedən ekspress avtobusda gediş haqqı NƏ QƏDƏRDİR?

224064

Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Tıxaclara alternativ ÇÖZÜM – Sumqayıt avtobusları 20 Yanvar dairəsinə daxil olsa, nə DƏYİŞƏCƏK?

 


Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.

Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.

Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.

Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO