Bu rayonlar istiqamətində yeni avtobuslar istifadəyə VERİLDİ

Bu rayonlar istiqamətində yeni avtobuslar istifadəyə VERİLDİ

Hazırda oxunan: Bu rayonlar istiqamətində yeni avtobuslar istifadəyə VERİLDİ
223369
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıdan Bərdə, Tərtər, Mingəçevir, Zaqatala və Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib. 

Bu barədə Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. 
 

Məlumata görə, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə qurum müsabiqələr keçirib.


Müsabiqələrin nəticələrinə əsasən, artıq bu istiqamətlərdə səfərlər 2015-ci il istehsalı olan “Neoplan” və 2024-cü il istehsalı olan “King Long” markalı avtobuslarla həyata keçirilir. 

"AYNA şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlayır. Mütəmadi olaraq respublika üzrə avtobus parkının təhlili aparılır. Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır", - deyə agentlik bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO