Biləsuvarda məskunlaşan 11 məcburi köçkün ailəsi Cəbrayıla QAYITDI

Biləsuvarda məskunlaşan 11 məcburi köçkün ailəsi Cəbrayıla QAYITDI

Hazırda oxunan: Biləsuvarda məskunlaşan 11 məcburi köçkün ailəsi Cəbrayıla QAYITDI
223121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində yenidən qurulan Cəbrayıl şəhərinə köçlər davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən Bizim.Media cənub bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən bu gün 11 ailə - 53 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
 

Eyni zamanda, digər bölgələrdən də Cəbrayıla köçlər həyata keçirilib. Bakıdan 15 ailə (80 nəfər), Abşerondan 5 ailə (25 nəfər), Sumqayıtdan 3 ailə (16 nəfər), Saatlıdan 2 ailə (8 nəfər), Şabrandan 2 ailə (9 nəfər), Şəkidən 1 ailə (4 nəfər) və Beyləqandan 1 ailə (5 nəfər) bu gün Cəbrayıl şəhərində məskunlaşıblar.


Ümumilikdə, bu günədək ölkənin müxtəlif bölgələrindən 203 ailə - 783 nəfər Cəbrayıla köçürülüb və onların daimi məskunlaşması təmin edilib.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO