Azərbaycanda unun qiymətində dəyişiklik -FOTO

Azərbaycanda unun qiymətində dəyişiklik -FOTO

Hazırda oxunan: Azərbaycanda unun qiymətində dəyişiklik -FOTO
219334
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.

Belə ki, rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25,95-28,20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25,30-27,50 manat təşkil edirdi.

Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü “SKY AGRO” MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir.

Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,70 manat;

"ATS MİLL", “Taxıl AQRO” və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

"Anadoluqida" və "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,20 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Dəvəçi-Taxıl" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,50 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat;

"Bakı Taxıl Terminalı”, "Hazartürk LTD", "KARAT HOLDİNQ”, “Dəniz un sənayesi LTD", "Sünbül

2012", “Karmen", "Orxan UN", Xırman"MMC-lərə, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl"

ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,30 manat;

“SKY AGRO” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 25,95 manat.

Azərbaycanda unun qiymətində dəyişiklik -FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO