Nadir Ağayev -80

Nadir Ağayev -80

Hazırda oxunan: Nadir Ağayev -80

216889
Siyasi dissident, ictimai xadim Nadir Mirələkbər oğlu Ağayevi 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq. Nadir Ağayev 1938-ci il martın 13-də Salyan şəhərində seyid ocağında, zəhmətkeş ailəsində anadan olub. Uşaq yaşlarından Bakıda yaşayıb, orta və ali təhsilini burada alıb. İşə memar kimi başlayıb, layihə və digər institutlarda çalışıb, gəncliyindən özünü bacarıqlı mütəxəssis kimi tanıtdırıb, çalışdığı kollektivlərdə hörmət qazanıb, baş mühəndis vəzifəsinə qədər yüksəlib, respublikanın bir çox rayonlarının baş tikinti planlarının müəllifi olub. Nadir Ağayev gənc yaşlarından siyasi fəaliyyətə başlayıb, sovet hakimiyyətinin eybəcərliklərini tənqid edib, Azərbaycan xalqının əsarətdə olması, azadlığının vacibliyi ilə bağlı çıxışlar edib, Azərbaycan dilinin sıxışdırılmasına, Azərbaycanda rus-erməni hegemonluğu cəhdlərinə qarşı çıxıb. O, bu fəaliyyətinə görə təzyiq və təqiblərə məruz qalıb, 1970-ci ildə başlayan dəhşətli proses tezliklə onun işdən çıxarılması və həbsə atılmasına gətirib çıxarıb. O, 18 il sovet həbsxanaları, sürgünlər, ruhi xəstəxanalar (psixi konslagerlər) və digər mərhumiyyətlərdən keçən dəhşətli həyat yaşayıb. Cəhənnəmin dəhşətlərindən keçib, əzablar yaşayıb, amma ölməyib, 1988-ci ildə azadlığa çıxıb, yenidən həyata qayıdıb. O, dünyanın ən müxtəlif sovet dissidenti siyahılarında yer alan yeganə azərbaycanlıdır. Nadir Ağayev xalq hərəkatı dövründə də mübarizənin ön sıralarında olub, yazıları, çıxışları, nəşrləri ilə xalqa xidmət göstərib, Milli Bayrağımızı tikib Meydana gətirən ilk fədailərin içərisində yer alıb. O, 90-cı illərdən başlayaraq ictimai-siyasi həyatda fəal iştirak edib, tariximizin bir sıra dövrləri ilə bağlı dəyərli, obyektiv əsərlər yazıb. Nadir müəllim bu gün də Azərbaycan, Qarabağ uğrunda mübarizənin ön sıralarındadır, Qarabağ Azadlıq Təşkilatı Ağsaqqallar Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.
Hörmətli, əziz Nadir müəllimi bir daha təbrik edirik, şərəfli həyat və mübarizə yolunu bundan sonra da davam etdirməyini, tezliklə bütün şəxsi, ümumi, o cümlədən Qarabağın azadlığı ilə bağlı istək və diləklərinə çatmasını arzu edirik.

Hörmətlə, Akif Nağı, QAT İdarə Heyəti və Ağsaqqallar Şurası.xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO