Bakıda "Mercedes"lə “Range Rover” toqquşdu: Xəsarət alanlar var – VİDEO

Bakıda "Mercedes"lə “Range Rover” toqquşdu: Xəsarət alanlar var – VİDEO

Hazırda oxunan: Bakıda "Mercedes"lə “Range Rover” toqquşdu: Xəsarət alanlar var – VİDEO

621549

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Bəşir Bünyatov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və “Range Rover” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.


Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, Şıxbala Əhmədovu və sərnişin, Elsəvər Cabbarovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO