“Hər şeyi açıb danışa bilmərəm”   -Hafiz Hacıyev Jirinovski ilə görüşündən danışdı

“Hər şeyi açıb danışa bilmərəm” -Hafiz Hacıyev Jirinovski ilə görüşündən danışdı

Hazırda oxunan: “Hər şeyi açıb danışa bilmərəm” -Hafiz Hacıyev Jirinovski ilə görüşündən danışdı

216248

“Vladimir Jirinovski ilə görüşməyimlə bağlı səsləndirilən fikirlərlə razıyam”.

Moderator.az xəbər verir ki, bunuxa0Modern.azxa0saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski, o cümlədən digər siyasi liderlərlə xa0açıq və gizli şəkildə görüşlərinin olduğunu bildirib:


“Mən siyasətçiyəm. Siyasi dairələrdə olanxa0 bütün insanlarla həmişə görüşürəm. Təbii, Vladimir Jirinovski ilə də müəyyən işlərimiz olub. Amma hər şeyi aça bilmərəm. Ona görə də bu məsələyə fikir verməmək lazımdır.

Həm Avropa, həm Türkiyə, Qərb dövlətləri siyasətçiləri ilə mütəmadi olaraqxa0 açıq və gizli şəkildə görüşlərimxa0 olur. Hər görüşlərdə də çalışıram ki, Azərbaycanınxa0 gələcəyi naminə müəyyən işlərxa0 görülsün, o cümlədən Rusiya, ABŞ, Avropa ölkələrində ölkəmizlə bağlı gedən anti-təbliğatını qarşısını alım.xa0 Görüşlərim ancaq millətin, dövlətçiliyin xeyrinə ola bilər”.


H.Hacıyev qeyd edib ki, gələcəkdə də Jirinovski ilə görüşlərin baş tutması mümkündür:

“Vladimir Jirinovskixa0 Rusiyada prezidentliyə namizəddir, mən də Azərbaycanda. Əlbəttə, fikirlərimizi bölüşməliyik, gələcəkdə Rusiya və Azərbaycan münasibətlərinin hansı səviyyədə inkişaf etdiyini düşünməliyik.xa0 Lakin hazırda hər iki ölkədə seçki prosesidir deyə onun da, mənim də vaxtım məhduddur.

Çalışacağıq ki, gələcəkdə də bu əlaqələr davam etsin, bu istiqamətdə müəyyən addımlar atılıb işlər görülsün, dövlət əlqələrinin yaxşılaşması üçün partiyaların fəaliyyətindən istifadə edilsin. Jirinovskinin Rusiyada daha konstruktiv fikirləri var. Düşünürəm ki, bunlar gələcək üçün millətçiliyimizə, dövlətçiliyimizə xeyirdir”.

Partiya sədri növbədənkənar seçkilərə hazırlıq prosesindən də söz açıb:

“Seçkilərə hazırlıq yüksək səviyyədə davam edir. Artıq imzaları toplayıb Mərkəzi Seçki Komissiyasına xa0təqdim etmişik. Biz seçkinin qanun və tələblərinə uyğun olaraq hələlik təbliğat-təşviqat işlərinə başlamamışıq. Amma rəsmi şəkildə rayonlarda görüşlərimiz, kütləvi şəkildə mitinqlərin keçirilməsi gözlənilir. Hesab edirəm ki, uğurlu seçki olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO