Cümhuriyyət liderinin ailə faciəsi -  Bir qızı və nəvəsi soyuqdan donub öldü, o biri itkin düşdü...

Cümhuriyyət liderinin ailə faciəsi - Bir qızı və nəvəsi soyuqdan donub öldü, o biri itkin düşdü...

Hazırda oxunan: Cümhuriyyət liderinin ailə faciəsi - Bir qızı və nəvəsi soyuqdan donub öldü, o biri itkin düşdü...

212721
Moderator.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı Cümhuriyyət dövrünə, o düvrün aydınlarına, Cümhuriyyətin qurulmasında əməyi keçən ziyalılarımıza aid silsilə yazıları yayımlayır. Yazılarımızın da əksəriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə haqqındadır. Moderator.az olaraq bu dəfə sizə M.Ə.Rəsulzadənin qızlarının və nəvələrinin taleyi ilə bağlı yazını təqdim edirik.xa0

“M.Ə.Rəsulzadənin iki qız övladı olub: Lətifə və Xalidə. Lətidə 1912-ci ildə anadan olub. Atası ilə son dəfə görüşüb ayrılanda 8 yaşı olub. 1930-cu ildə Lətifə ailə həyatı qurub. Üç qızı dünyaya gəlib. Az keçməmiş atasını, anasını və qardaşını və bacısını itirən Lətifənin öz ailə faciəsi başlayır. Əvvəl həyat yoldaşını, sonra da özünü və uşaqlarını həbs edirlər. Lətifə iki qızı ilə birlikdə soyuq Qazaxıstana sürgünə göndərilir. (Balaca qızı Sona uşaq sanatoriyasında olduğundan onu götürə bilmirlər. Amma indiyə kimi qızın sonrakı taleyindən heç bir məlumat əldə olunmayıb. Lətifə uzaq Qazaxıstan soyuğuna və işgəncələrə dözə bilmir. 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata gözünü yumur. O biri qızı 13 yaşlı Firuzə səhər yuxudan oyananda anası və bacısını soyuqdan donaraq öldüyünü görür...xa0

M.Ə.Rəsulzadənin kiçik qızı Xalidəni də ailəsi ilə birlikdə Qazaxıstana sürgünə göndərirlər. Sürgündə nənəsi Maral xanım, anası Ümbül Banu xanım qürbətdə dünyalarını dəyişərək dəfn olunurlar. Sonra Xalidənin öz faciəsi başlayır. 1940-ci ildə anası dünyasını dəyişdikdən sonra 24 yaşında soyuq Qazaxıstandan baş götürüb Bakıya qayıdır. Xalidə Bakıya gəlib çatır. Bir müddət sonra isə Xalidə itkin düşür. İniyə kimi onunxa0 harda olması haqda heç bir məlumat yoxdur”.xa0

Mənbə: Nəsiman Yaqublunun “Məməmməd Əmin Rəsulzadə” kitabı.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO