“İranla müharibə çox tezliklə, ehtimal ki, ölkədə keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistin sualına cavab olaraq bildirib.
Müxbirin müharibənin nə vaxt bitəcəyi ilə bağlı sualını cavablandıran Tramp “Düşünürəm ki, çox tezliklə – yəqin ki, elə aralıq seçkilərindən dərhal sonra” deyib.
Tramp İranın ABŞ-də keçiriləcək seçki prosesinə təsir göstərmək üçün mümkün qədər uzun müddət müqavimət göstərməyə çalışdığını deyib. O, Tehranın ABŞ-nin iqtisadi təzyiqlərinə daha uzun müddət tab gətirə bilməyəcəyini bildirib.
ABŞ Prezidenti İranın nüvə silahına sahib olmasına imkan verilməməli olduğunu vurğulayıb və “Məsələ çox sadədir” deyib.
Bizim.Media

































































































