Asif Rüstəmli: “Sovet dövründə Yusif Vəzir Çəmənzəminlinin fəaliyyəti təhrif olunmuşdu”

Asif Rüstəmli: “Sovet dövründə Yusif Vəzir Çəmənzəminlinin fəaliyyəti təhrif olunmuşdu”

Hazırda oxunan: Asif Rüstəmli: “Sovet dövründə Yusif Vəzir Çəmənzəminlinin fəaliyyəti təhrif olunmuşdu”

636273

"Bu gün Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı barədə tədqiqatlar sovet vaxtının təhlilindən təmizlənib".

Bizim.Media xəbər verir ki, bu sözləri  “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Yusif Vəzir Çəmənzəminli irsinin işığında” adlı tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun professoru Asif Rüstəmli deyib. 

"Çəmənzəminlinin cümhuriyyət dövründəki fəaliyyəti, yaradıcılığı Sovet tədqiqatçıları tərəfindən o dövrün ideologiyasına uyğunlaşdırılmışdı. Bu gün isə belə deyil", - professor bildirib.

O qeyd edib ki, hazırda görkəmli ədib haqqında tədqiqatlarda real faktlar qeyd edilir:

"Sovet ədəbiyyatşünaslığında Yusif Vəzir Çəmənzəminlinin yazıçı, ədəbiyyatşünas, ictimai xadim kimi fəaliyyəti təhrif olunub".

Nəzrin Mirzəyeva, İntiqam Babayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO