Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər TUTULDU - FOTO

Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər TUTULDU - FOTO

Hazırda oxunan: Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər TUTULDU - FOTO
211854
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabr ayı ərzində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən müxtəlif hüquqpozmalara qarşı həyata keçirilən tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 14 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində isə 5 nəfər tutularaq istintaqa təqdim edilib.

Onlardan 5 kiloqramdan artıq metamfetamin və marixuana aşkarlanıb. Əməliyyat yolu ilə 1 nəfərdən “Makarov” markalı tapança aşkarlanıb, profilaktik tədbirlər nəticəsində vətəndaşlar tərəfindən müvafiq sənədləri olmayan 4 tüfəng təhvil verilib.

Mülki öhdəlikləri yerinə yetirməyən 29 şəxs müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib. 14 inzibati icraat üzrə talama hadisələri törədən şəxslər barəsində isə tədbirlər görülüb.

Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər TUTULDU - FOTO - foto 1
Mehdiabad qəsəbəsində axtarışda olan 14 nəfər TUTULDU - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO