Moderator.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı silsilə yazılarına davam edir. Bu yazılarda ən çox haqqında danışdığımız şəxslərdən biri də Məhəmməd Əmin Rəsulzadədir. Rəsulzadənin həyatı çox keşməkeşli və maraqlı keçib. Siyasi elmlər üzrə fəlsəf doktoru, dosent Zaur Əliyevə və “Stalinlə ixtilal xatirələri” kitabında istinadən həmin maraqlı epizodlardan birini təqdim edirik:
“Bu bir sirr deyil ki, Stalin cavan vaxtları Bakıda bolşevizmin təbliğatın aparmaqla yanaşı cinayət işlərilə də məşğul olurdu. Milyonçu Musa Nağıyevin oğurlanması, poçt qatarlarının və neft mədənlərinin soyulması Stalinin dəstəsi məşğul olurdu. Əlbətdə bu Bakıda söz sahibi olan qoçuların xoşuna gəlmirdi. Lakin onlar tutarlı səbəb tapa bilmirdilər ki, gürcü balasının ayağını Bakıdan kəssinlər.xa0
Stalinin Bakıda bir gürcü dostu olub, pinəçi. Bakıya gələndə onu mütləq ziyarət edirdi. Bu pinəçinin qızını da qoçulardan biri sevir. Nə qədər edir, atası qızının onunla ailə qurmasına izn vermir. Qoçu da sonda qızı götürüb qaçır. Stalin Bakıda onu ziyarət edəndə bu hadisəni eşidir və başlayır o qoçunu axtarmağa. Öyrənir ki, qoçu dostları ilə dənizdə çimir. O, faytona oturur və gəlir dəniz kənarına, qızı qaçıran qoçunun papağın və silahın götürüb gedir. Qızı qaytaracağı təqdirdə papağı və silahı qaytaracağını deyir. Papaq və silah namus sayıldığı üçün bir qoçuya belə hərəkət digərlərinin qəzəbinə səbəb olur. Bir dəstə qoçu dərhal Stalini axtarır və onu neft mədənlərinin yanında tuturlar. Əl-qolun bağlayıb quyu kənarına gətirirlər. Bunu eşidən mədəndə işləyən müsavatçılardan biri Rəsulzadəyə xəbər göndərir ki, qoçular mədəndə bir nəfərin əlin qolun bağlayıb öldürmək istəyirlər. Rəsulzadə dərhal Azərbaycanda ilk lotu, Rəşid oğlu Məhərrəmin yanına gedir və onu götürüb o qoçuların yanına gedir. Rəşid oğlu Məhərrəmin hadisəyə qarışmasından sonra qoçular Stalini azad edirlər, lakin papağı və silahı götürülən qoçunun qohum əqarabasının qisas alacağını bildirib Stalini Bakıdan getməsini tapşırılar.xa0
Rəsulzadə Stalini götürüb Novxanıya aparır və onun atası Hacı Ələkbər olmaqla Stalini çox yaxşı qarşılayırlar. Rəsulzadənin anası Maral xanım “biğl dost” dediyi Stalin üçün yemək hazırlığı görür. Bir gecə onlarda qalan Stalini səhər Bakıdan yola salmaq istəyən zaman görür ki, kəndə gələn qoçunun qohumları onları axtarır. Hacı Ələkbər "Məscid Allahın evidir, yəqin, qonağı orada gizlətsək, onu tapmazlar” deyib Stalini Şah Sultan Hüseyn” məscidinə gətirir. Onu moizə oxuduğu minbərin altında gizlədir və bir neçə gündən sonra gizli yola Bakıda çıxardırlar”.
Elmin Nuri



































































































