Dil islahatı əhalinin böyük hissəsini əsaslı qorxuya salıb...

Dil islahatı əhalinin böyük hissəsini əsaslı qorxuya salıb...

Hazırda oxunan: Dil islahatı əhalinin böyük hissəsini əsaslı qorxuya salıb...

209541
Az qala hər yerdə “dil uğrunda müharibə” gedir. Səngərlərin birində dilçilərdir, digərində “dilsizlər”...
Məlum həqiqətdir: dil yoxdursa xalq, xalq yoxdursa dil yoxdur. Dilin coğrafi,xa0 tarixi, psixolojo, sosial, fəlsəfi... mahiyyəti barədə günlərlə danışmaq olar. Amma yəqin ki, sərlövhəyə göz gəzdirənlər söhbətin nədən getdiyini anladılar. Bəli, dilimizdə, orfoqrafiya lüğətimizdə əsaslı islahat keçiriləcək. Bu, məsələnin birinci tərəfi. Məsələnin ikinci, bəlkə də daha mühüm tərəfi isə bundan ibarətdir k, gözlənilən bu islahat adamları qorxuya salıb. Cəmiyyətin əksər üzvləri təşviş içindədir.xa0
İndi qorxu hissi ilə bağlı dediklərim, daha doğrusu deyəcəklərim, deyəsən elə özümün nə vaxtsa dediyimxa0 bir ifadəni yadıma salır: “Bəzi yoldaşlar elə “qorxu” sözündən qorxuya düşüblər”. Bilirəm, cəmi birxa0 cümlədə 3-4 dəfə “demək” lekseminin istifadə olunması dilimizin qanunlarına, mizan-tərəzəsinə bir az uyğun deyil. Amma köhnə raykom katibləri demiş, indi camahatımız eləxa0 bir qorxu içində yaşayır ki, bunu sözlə ifadə etmək çətindir.
Bu barədə, artıq dediyim kimi, bir az sonra...
Əvvəla, onu bildirim ki, mən dil mütəxəssisi olmasam da dil vəxa0 dilçilik problemləri ilə daim maraqlanmışam. Bu sahəyə aid onlarla məqalə və tezislərim var. Hətta, cürət edib “Yüz türk etnosu” (rusca) adlı ensiklopedik lüğət də tərtib etmişəm.
İkincisi, indi AMEA adlanan qurumun Dilçilik institutu, daha doğrusu, həmin institutun elmi əməkdaşları ilə daim ünsiyyətim olub. Orada zaman-zaman özümə müəllim hesab etdiyim adamlar çalışıb. Bu gün həminxa0 elmi-tədqiqat institutunda yaxın dostlarım, habelə vaxtilə aspiranturada və universitetlərdə dərs deyim adamlar fəaliyyət göstərir. Orada çox istedadlı, dəyərli, alicənab, zəhmətsevər, fədakar, ləyaqətli alimlərimiz var.
Üçüncüsü, mən dil konusunda, bəzi istisnalar olsa da, aparılan islahatların əsas müddəalarını qəbul edir və ürəkdən dəstəkləyirəm.
Nəhayət, yenə vurğulamağa məcburam: bu islahat çoxlarını əməlli-başlı qorxuya, təşvişə salmaqdadır. Artıq dediyim kimi, mən bunun səbəbini birazdan açıqlayacam, hələliksə səbrli olun. Onsuz da biz səbrə qail olan millətik...
Əalinin böyük əksəriyyəti qorxu sindromuna mübtəla olsa da, bu islahata görə əməlli-başlı sevinən insanlarımız da yox deyildir. Xeyr, mən dilçiləri nəzərdə tutmuram. Nəzərdə tutduğum kəsimin sevincinin yanında dilçilərin sevinci kədərdən də beşbetərdir. Bu, nasıl olur, əcəba? Bəli, olur. Odur ki, əvvəlcə sevinənlərin əhval-ruhiyyəsindən və bu xoşbəxtliyin nədənindən söhbət açaq, sonra keçərik qorxuya düşənlərin sosial“zaman və məkanına”.
Bəli, dil islahatları əhalimizinxa0 bir qrupunun ürəyincədir. Bəs kimdir o şadyanalıq edənlər? Qısaca deyim: bəzi işbazlar, iş adamları, məmurlar. Yəqin ki, sizi təəccüb (bax, görürsüzmü,xa0 bir sözdə iki C, iki də Ə işlənir, gələcəkdə həmin “qoşalardan” yalnız biri qala bilər) və heyrət hissi çulğadı. Doğrudan da, bu məsələyə “onların” nə dəxli?
Elə isə, gəlin özümüz özümüzə sual verək: İslahatın nəticələri elan olunduqdan sonra minlərlə-onminlərlə idarənin, universitetin, institutun, rayon və kənd adlarının, küçə və xiyabanların, məktəb və baxçaların (bu söz bəzən “bağça” kimi də yazılır), bazar və dükanların, kolxoz və... pardon, ölkəmizdə cəmi bir kolxoz qalıb, daha nələrin və nələrin adı dəyişməlidir ya yox? Bəli, dəyişməlidir. Bəs bu dəyişiklik nə ilə həyata keçiriləcək? Elə isə yada düşən bəzi nəsnələri sadalayaq. İslahata məruz qalan söz və ya hərf üçün yeni bir lövhə (ruslar buna “vıveska” deyir) lazımdırmı? Lazımdır. Lövhə üçün təzə çərçivə lazımdırmı? Lazımdır. Çərçivə üçün şüşə və ya plastik örtük lazımdırmı? Lazımdır. O lövhəninxa0 möhkəm dayanması üçün dirək lazımdırmı? Lazımdır. O dirəyi bərkitmək üçün qum, daş, sement, çınqıl lazışdırmı? Lazımdır. Bəs mıx-mismar necə? O da lazımdır. Bəs o işləri görəcək usta necə? Təbii ki, lazımdır (Gələcəkdə “təbii” sözü bir İ ilə yazıla bilər. Yaxşı, o bir nəfər ustanın başının üstündə iki Baş usta (bizdə bu yerdə B hərfi bəzən böyük, bəzən də kiçik B ilə yazılır) lazımdırmı? Lazımdır. O iki Baş ustanın üstündə dörd rəis lazımdırmı? Lazımdır. O dörd rəisin işinə nəzarət etmək üçün ən azı altı Nazirlik lazımdırmı, (burada N hərfi kiçik də ola bilər)? Əlbəttə, lazımdır. Həmin Nazirliklər olmasa iş öz məcrasından çıxa bilər. Axı iş prosesi zamanı kimsə zədə ala bilər. Yanğın da törənə bilər. Qısaqapanma baş verə bilər. Vurulması və ya basdırılması zəruri olan lövhənin dirəyi ekologiyanı korlaya bilər. Hələ bu işə məsul olan digər təsasatlar, məsələn,xa0 əmək qanunvericiliyi, mühafizə idarəsi, polis bölməsi, ovçular çəmiyyəti barədə söhbət açıb vaxtınızı almaq istəmirəm. Bütün bunlar üçün, ən başlıcası, nə lazımdır? Pul, vəsait. Ay mənim dözümlü büdcəm, söhbət burada hələlik cəmi bir dirəyin xərcindən gedir. O bir dirəyin bir aləm xərci nə səbəbdən baş verir, yahu? Bütün bu komediya və ya façiənin kökündə hansısa bir hərfin (məsələn, tutaq ki, J hərfinin) dəyişdirilmə və ya məhvolma, qətliam məsələsi dayanır.xa0
Yaxşı, onda yenə bayaqkı sual da meydana çıxır: bu dəm-dəsgahın faydasını kim görəcək? Fədakar dilçilərimizmi? Cavab məlumdur.
Yaxşı, indi də keşək kitab-dəftər, qəzet-jurnal təsərrüfatında baş verəcək “yeniliklərə”. Bi islahatdan sonra istər-istəməzxa0 bütün dərsliklər dəyişikliyə məruz qalmalıdır. Riyaziyyat, Ədəbiyyat, Cəmiyyətşünaslıq, Səhiyyə... (bu sözləri bilərəkdən böyük hərflə yazıram) sahəsinə aid bütün kitablar bir hərfə görə dəyişməlidir. Bəs bunun xeyrini kim görəcək? 150-250 maaşla dolanan qəhrəman dilçilərmi? Xeyr. İşbazlar, mətbəə sahibləri (gələcəkdə “mətbəə” sözündəki son Ə-lərdən biri düşə bilər).xa0
Hə, indi daha mühüm bir məsələni çözməyin zamanı gəlib çatdı. Elə isə görək bu dilxa0 islahatı əhalinin böyük hissəsini nə üçün qorxuya salıb?xa0
Bilirəm,bu yerdəxa0 aranızdan kimsə istehza ilə: “Bəlkə bu qorxunu götürmək üçün çıldağa getmək lazımdır” –deyə, ağız büzüb replika da ata bilər. Zira bizim cahamatda (deyəsən, bayaq “camahat” demişdim) belə atmacalar az olmur.
Açığını demək lazımdır ki, çoxluq yeni layihəni, yeni islahatı təpki ilə qarşılayıb. Doğrudanmı hamı birdən –birə dil problemləri ilə professional qaydada maraqlanmağa başlayıb? Və yaxud əvvəllər polisdən-prokurordan çəkinən insanlar indi dilçilərdənmi qoxmağa başlayıb? Son vaxtlar bir çox elmi və qeri-elmi yığıncaqlarda, mətbuat səhifələrində, sosial şəbəkələrdə az qala “dil uğrunda” müharibə gedir. “Səngərdəkilərsə” dilçilər, dillilər və “dilsizlərdir”...xa0
Bəs bu ciddi narazılığın səbəbi haradan qaynaqlanır görəsən?
Və nəhayət, nədir o qorxunun səbəbi və yaxa0 kimdir onun səbəbkarı?
Bəribaşdan deyim ki, bu qorxu təcrübi-praktik qorxudur. Yəni bu qorxunu az qala hamı öz canında-qanında yaşayıb, necə deyərlər, öz “dərisində” hiss edib.
Bu, bir az sosial qorxudur.
Bu, psixoloji qorxudur.
Bu, fəlsəfi qorxudur.
Bu, tarixi qorxudur.
Bu qorxunu hərtərəfli təhlil etmək üçün bir neçə cildlik tədqiqat əsəri yazma lazım gələr.
İndiki halda qısca bunu demək olar: bizim camaat islahatın özü bir yana qalsın, lap elə “islahat” sözündən də qorxur (gələcəkdə “camaat” sözündəki son A-lardan biri düşə bilər).xa0 Özü də necə? Və qorxmağa da əsaslı haqları var. Nədən? İndi nədənini deyim, siz də qulaq asın.
Bax indi “dil islahatı” deyiləndə avtomatik olaraq yada pul islahatları düşür. Lap SSRİ vaxtından ta bu günə qədər olan islahatlardan sonra, məşhur bir mahnıda deyildiyi kimi, “ağlayan kim oldu, gülən kim oldu?”. Ağlayan nədir ey, sən öləndən danış.
Hə, sonra gələn “bank islahatları”. Nə qədər banklarda pullar batıb getdi, həzarat?..
Sonra “mənzil islahatları” yada düşür. Bir mənzilin beş adama satıldığının adi hala çevrildiyi çoxmu uzaqada qaldı?..
Sonra “muncuq islahatları” gəldi. Bir mahnıda deyildiyi kimi, “uduzan kim oldu, udan kim oldu?”.
Başqa islahatlar da oldu. Məsələn, təhsil islahatları, vergi islahatları,torpaq islahatları, əmlak islahatları, hərbi islahatlar, polis islahatları, rabitə islaharları, səhiyyə islahatları, nəqliyyat islahatları, tarif şurasının islahatları, kart islahatları... Az qala bütün sahələrdə “islahatlaşma” getdi.
İnsafanə, bu islahatların içində mütərəqqi (bu sözdə Q hərfinin birinin düşmə ehtimalı var), gərəkli, rasional islahatlar da oldu.
Amma... Ammaxa0 camatımız (gələcəkdə bu söz belə yazıla bilər, yəni “camat” şəklində) bu islahat deyilən zaddan, şeydən, nəsnədən elə qorxub ki, hələ də o mənfur sözü eşidəndə küləyin tərpətdiyi yatpaq kimi tir-tir əsir.xa0
İslahat deyəndə çox adamın gözünün önünə fırıldaqçılar, dələduzlar, qulaqkəsənlər, torbatikənlər gəlir.
Bir qism adamlar zənn edir ki, ta bundan, bu islahatdan sonra başqa bir dildə danışmağa məcbur ediləcəklər və bu “başqa” dildə başmağı bacarmayanlardan “islahat” adı altında cərimə, yəni pul tələb ediləcək.
Adamların bir qismi də elə bilir ki, onların ağızlarının içindəki dil islah olunacaq.
Bir sözlə, qəzəbin kökündə bəzu uğursuz və absurd islahatlar dayanır. Axı ilan görən ala çatıdan qorxar.
Mən hamıya üz tutub deyirəm: Qorxmayın. Bizim dilçilərdən sizə ziyan gəlməz, xətər toxunmaz. Vallah-billah, bu dil islahatları hamımızın xeyrinədir. Bu islahat o biri islahatlardan deyil.
İslahatdan gözü qorxan, başqa sözlə, gözü çıxan qardaşının halını görən qardaş və bacılarımız yenə sakit olmur, dönə-dönə sual verib soruşur: “Yaxşı, bəs bu islahatın bizə nə xeyri olacaq?”
Mən də onlara deyirəm ki, bu pul islahatı yox, dil islahatıdır.
Və bu yerdə kiminsə dili dinc durmadı: “Yaxşı, bunun bizə xeyri yoxdur, heç olmasa dilçilərə bir xeyri olacaqmı?”
Dedim ki, bizim dilçilər və yaxud Dil nazirliyimiz dilimizinxa0 keşiyində əsgər kimi dayanıblar. Pul məsələsinə, pul islahatına başqa qurum, yənixa0 Pul nazirliyi baxır.
Dilimizin belə sevilməsi, bu cür müdafiə olunması isə məni ürəkdən sevindirir...
Bax belə-belə işlər.

Firuz Mustafa, publisist-filosof
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO