Növbəti ay Cəbrayıl şəhərinə köç OLACAQ

Növbəti ay Cəbrayıl şəhərinə köç OLACAQ

Hazırda oxunan: Növbəti ay Cəbrayıl şəhərinə köç OLACAQ
205674
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində üç şəhər mərkəzi, 5 qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub.2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsi çərçivəsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcəklər. Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edildiyi gündür. Bu münasibətlə keçiriləcək tədbirlərdə gəncləri görmək çox xoş olardı. Ümid edirik ki, növbəti ildə Cəbrayıl könüllüləri qrupu da fəaliyyətə başlayacaq və biz gənclərimizin işğaldan azad olunmuş ərazilərdə daha fəal daha hərəkətverici qüvvə olaraq iştirakını görəcəyik", - deyə Anar Əkbərov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO