İslamşünaslıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin NƏZƏRİNƏ

İslamşünaslıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin NƏZƏRİNƏ

Hazırda oxunan: İslamşünaslıq ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin NƏZƏRİNƏ
204188
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu iyulun 22-dən 28-dək aparılıb və bu müddət ərzində 103 nəfər qeydiyyatdan keçib. Abituriyentlər buraxılış vərəqəsini Dövlət İmtahan Mərkəzinin saytından çap edə bilərlər.

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, islamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya avqustun 1-3-də Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, 29) fəaliyyət göstərəcək.

İştirakçılar vərəqədə qeyd olunan tarixdə saat 09:00-da şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO