Kondisionerli qatarlar niyə yayda

Kondisionerli qatarlar niyə yayda "YOXA ÇIXIR?" – Metropolitendən AÇIQLAMA 

Hazırda oxunan: Kondisionerli qatarlar niyə yayda "YOXA ÇIXIR?" – Metropolitendən AÇIQLAMA 

200544

Son günlər redaksiyamıza yeni və kondisionerli qatarların xəttə az buraxılması ilə bağlı şikayətlər daxil olur. Qızmar yay günlərində, hər gün onminlərlə insanın istifadə etdiyi metroda vəziyyət acınacaqlıdır. Köhnə, isti, havasız qatarlar metrodan istifadə edənləri sözün əsl mənasında təngə gətirib. Sərnişinlər iddia edirlər ki, yayda yeni qatarlar daha az, qışda isə daha çox xəttə buraxılırlar. Halbuki əksinə olmalıdır. Yayda xəttə buraxılan kondisionerli qatarların sayı köhnə və havasız vaqonlardan daha çox olmalıdır. 

Bəs bu təzad nə ilə bağlıdır?  
 

MÖVZU İLƏ BAĞLI:

İnsanların ən çox istifadə etdiyi metroda niyə TİBB MƏNTƏQƏSİ yoxdur? – RƏSMİ AÇIQLAMA


Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edilənlərlə razılaşmayıb. O, deyib ki, belə bir reallıq yoxdur:

“Yayda hamı sərin yer istədiyinə görə yeni qatarları axtarırlar. Ona görə də belə təəssürat yaranıb ki, yayda yeni qatarlar daha az xəttə buraxılır. Bu fikir tamamilə səhvdir. Təkcə intervala görə qatarların say fərqi olur. Təzə qatarların istifadə müddəti 30 ildir. Qatarlar 30 il fəaliyyət göstərə bilirsə, niyə qoruyub-saxlayaq? Bu qatarlar daim işləməlidir ki, sisteminin sazlığı təmin olunsun. 

Bizim ümumən  61 qatarımız var, 6-sı bənövşəyi, qalan qatarlar isə yaşıl-qırmızı xətdədir. 23 yeni qatar var. Bu qatarlar yay-qış fəaliyyət göstərirlər. Texniki baxış, xidmət, təmir istisna olmaqla qrafik üzrə xətdə mütəmadi hərəkət edirlər. Keyfiyyət dəyişikliyi bizim üçün prioritetdir. Bunun qiymətin yüksəlməsinə, azaldılmasına aidiyyəti yoxdur. Bu iş davamlı olaraq aparılacaq. Xidməti keyfiyyətin başında təhlükəsizlik tədbirləri dayanır”. 

Bəxtiyar Məmmədov qeyd edib ki, 3 il ərzində 65, yaxın 1 il ərzində 35 vaqon alınacaq:

“Bu qatarlar köhnələrinin istismar müddətini başa vurması ilə əlaqədar alınır. Yəni köhnə qatarların sayı azalacaq, yeni qatarların sayı isə artacaq”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO