
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 17.06.2024
1 dəq oxunma
İdmançımız klublararası Avropa çempionatında gümüş medal qazandı - FOTO
Hazırda oxunan: İdmançımız klublararası Avropa çempionatında gümüş medal qazandı - FOTO
197728
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Albaniyanın paytaxtı Tiranada taekvondo üzrə klublararası Avropa çempionatı keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Taekvondo Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda Azərbaycanın "Alpman" klubunun idmançısı fəxri kürsüyə yüksəlib.
46 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlimə Quliyeva turniri gümüş medalla başa vurub.
Millimizin də şərəfini qoruyan taekvondoçu 1/8 finalda Maria Maqdalini Mitiliniounu (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib. O, ardınca Eşli Laytfuta (Böyük Britaniya) da eyni hesabla qalib gəlib. Quliyeva yarımfinalda Lilli Ettelbryuka (Almaniya) da gücünü göstərib – 2:0.
İdmançı finalda türkiyəli Nazlı Kesginlə qarşılaşıb. Gərgin keçən döyüş rəqibin xeyrinə (2:0) yekunlaşıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün







































































































