Bərdə rayonunda altı azyaşlının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qida Təhlükəsizliyi Agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bərdədə 6 azyaşlı qidadan zəhərləndi
Məlumatda qeyd olunub ki, baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək.
Bizim.Media