Xankəndidə silahlı şəxs saxlanıldı – FOTO/VİDEO  

Xankəndidə silahlı şəxs saxlanıldı – FOTO/VİDEO  

Hazırda oxunan: Xankəndidə silahlı şəxs saxlanıldı – FOTO/VİDEO  
193414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xankəndi polisi şəhər ərazisində silahlı şəxsi saxlayıb. Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, şəxsi axtarış zamanı onun üzərindən sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron aşkar olunaraq götürülüb. 

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində ayrı-ayrı tikililərdə əvvəlcədən gizlədərək saxladığı 1 ədəd “AK-74” markalı avtomat silah, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı patron, müvəqqəti yaşadığı evdən 3 ədəd süngü-bıçaq aşkar olunaraq götürülüb. 

Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb. 

Araşdırmalar davam etdirilir. 
 

Xankəndidə silahlı şəxs saxlanıldı – FOTO/VİDEO   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO