Şəkidə 4 nəfərin xəsarət aldığı qəzanın TƏFƏRRÜATLARI

Şəkidə 4 nəfərin xəsarət aldığı qəzanın TƏFƏRRÜATLARI

Hazırda oxunan: Şəkidə 4 nəfərin xəsarət aldığı qəzanın TƏFƏRRÜATLARI

192802

İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Şəki rayonu Köbər Zəyzid kəndi  ərazisindən keçən hissəsində baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qəbələ rayon sakini, 33 yaşlı Samir Ramazanlının idarə etdiyi "Khazar" markalı avtomobillə Şəki rayon sakini, 55 yaşlı Ceyhun Mustafayevin idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan üç nəfərə xəstəxanada ambulator müalicə göstərildikdən sonra evə buraxılıblar.

Bir nəfər isə, Bakı şəhər sakini, 40 yaşlı Aytəkin Qasımovanın müalicəsi xəstəxanada davam etdirilir.

İlkin məlumatlara əsasən, qəzaya səbəb avtomobillərdən birinin ötmə qaydalarını pozaraq digər nəqliyyat vasitəsinin qarşısına çıxması nəticəsində baş verib.

Qəzanın təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO