Moderator.az xəbər verir ki, bu gün təxminən saat 17:10 radələrində 20 Yanvar dairəsindəki dayanacaqlardan birində sərnişinlə sürücü arasında insident baş verib.xa0
Belə ki, dayanacağa yan alan 10 TG 294 dövlət nömrə nişanlı 199 saylı avtobusa minə bilməyən sərnişinlərdən biri öz hirsini aqressiv formada ortaya qoyub. Belə ki, avtobusun öncə orta, daha sonra isə ön qapısına ayaq zərbələi endirən sərnişin qapı şüşələri qırıb. Bundan sonra yerə düşən sürücü ilə sərnişin arasında mübahisə başlayıb. Sərnişindən fərqli olaraq sürücü özünü son dərəcə təmkinli olması aparması ilə diqqət çəkib.xa0
Vətəndaşların müdaxiləsindən sonra qəzəbli sərnişin ərazidən uzaqlaşıb.xa0
Məlumat üçün qeyd edək ki, hadisə yol kənarında quraşdırılan müşahidə kameralarının qarşısında baş verib.








































































































