Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

Hazırda oxunan: Tramp: “Bir hərbi baxımdan qalib gəlirik”

622294

Birləşmiş Ştatlar İranla qarşıdurmada "hərbi baxımdan qalib gəlir" və mövcud vəziyyəti "demək olar ki, artıq hərbi qələbə" kimi xarakterizə edib.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi İranın nüvəsizləşdirilməsi (denuklearizasiyası) və onun nüvə silahına sahib olmasına imkan verilməməsidir.
 

"Söhbət İranın nüvəsizləşdirilməsindən gedir. Biz onların nüvə silahına malik olmasını istəmirik və onlarda bu silah olmayacaq. Onlar bununla razılaşıblar, incimək yoxdur", - deyə Tramp bildirib.


O, Dohada gözlənilən təmasları da ayrıca şərh edərək vurğulayıb ki, danışıqlar əhəmiyyət kəsb edə bilər, lakin onların nəticəsi əvvəlcədən bəlli deyil.

"Dohadakı görüş, bəlkə də mühüm olacaq, bəlkə də yox. Baxarıq", - deyə ABŞ lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO