Mağazadan oğurluq edən şəxslər “iş başında” yaxalandı - Qarət anının GÖRÜNTÜSÜ

Mağazadan oğurluq edən şəxslər “iş başında” yaxalandı - Qarət anının GÖRÜNTÜSÜ

Hazırda oxunan: Mağazadan oğurluq edən şəxslər “iş başında” yaxalandı - Qarət anının GÖRÜNTÜSÜ
19086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Gəncə şəhər sakini, əvəllər məhkum olunmuş Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.

Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb və onlar oğurluq edərkən yaxalanaraq, istifadə etdikləri maddi sübutlarla birlikdə Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə təqdim edilib.

Araşdırmalar zamanı O.Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə də oğurluq etməsi müəyyən edilib.

Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO