Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO 

Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO 

Hazırda oxunan: Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO 

189740

Bakıda müştəri aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb.

Bizim.Media xəbər verir ki, bu hadisə ilə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Şərur MTK binasında yaşayan vətəndaşlardan biri qarşılaşıb.  Dediyinə görə “Binə” çörək zavoduna məxsus məhsul Şərur MTK binalarının yanında yerləşən “Araz” marketdən bu gün səhər alınıb. 

Evdə çörəyi kəsən zaman içərisində qaraltı görən şəxs diqqətlə baxdıqdan sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. 

Müştəri çörəyi istehsal edən “Binə” çörək zavodunun rəhbərliyinə səslənərək unun ələnməsində xüsusilə diqqətli olmalarını tələb edib. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib. 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO