Mikayıl Cabbarov: “Azərbaycan İsrail münasibətlərinin potensialı yüksəkdir”

Hazırda oxunan: Mikayıl Cabbarov: “Azərbaycan İsrail münasibətlərinin potensialı yüksəkdir”

18816

“İsrail Azərbaycan üçün üçüncü böyük ixracat yeri olaraq qalır”. Bunu “Israel Hayom” nəşrinə verdiyi müsahibədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Nazir bildirib ki, Azərbaycan İsrail münasibətlərin potensialı yüksəkdir:

“Turizm, kənd təsərrüfatı, xüsusən də aqrotexnologiya sahələrində qarşılıqlı faydalı əlaqələrin genişlənməsi üçün hər cür şərait mövcuddur. Bizim İsrail ilə kiber müdafiə, informasiya texnologiyaları, investisiya, təhsil, su ehtiyatları və səhiyyə sahələrində də səmərəli əməkdaşlığımız var.

Artıq Bakı İsraildə Azərbaycanın turizm bürosunun yaradılması barədə rəsmi qərar verib, həmçinin ticarət bürosunun yaradılması üzərində iş gedir.

Biz qısa müddətdə iqtisadi əlaqələrin inkişafına, dövlət və özəl biznes dialoqunun təşviqinə müsbət təsir göstərən Azərbaycan-İsrail Ticarət və Sənaye Palatasının yenidən canlandırılmasında da maraqlıyıq”.

“İsrail hökumətinin rəsmiləri ilə tez-tez əlaqə qurursunuz?” sualına nazir belə cavab verib.

“Çox vaxt peşəkar səviyyədə ünsiyyət qururuq və bizim çox yaxşı münasibətlərimiz var. İsrailin Azərbaycandakı səfirliyi ilə səmərəli əməkdaşlıq edirik”.

Həm nazir kimi, həm də qeyri-rəsmi səfər çərçivəsində bir neçə dəfə İsraildə olduğunu  diqqətə çatdıran M.Cabbarov,  bu dövlətin müstəsna keyfiyyətlərə malik olduğunu da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO