Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər

Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər

Hazırda oxunan: Ölkəmizə yuyucu vasitələrin içərisində dərman preparatları keçirmək istədilər

187666
Azərbaycan gömrükçüləri güclü təsirə malik maddələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Moderator.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib. Yoxlama zamanı 12 ədəd yuyucu vasitənin içərisində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1250 ədəd olan “T-Dol-200 Tramadol Hydrochloride Tablets 200mq”x9d adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol “Güclü təsir edən maddələrin Siyahısı”x9dna daxildir və aşkar olunan 1250 ədəd dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO