Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olunub - FOTO

Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olunub - FOTO

Hazırda oxunan: Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olunub - FOTO
185962
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 6-da Azərbaycan Respublikasının Ali Məhkəməsinə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub.

Ali Məhkəmənin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, təqdimetmə mərasimində çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov hər iki hakimi təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. 
Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olunub - FOTO - foto 1
Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olunub - FOTO - foto 2

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO