Taksi fəaliyyətində “Prius”ların yerini hansı avtomobillər tutacaq? – MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Taksi fəaliyyətində “Prius”ların yerini hansı avtomobillər tutacaq? – MÜHÜM AÇIQLAMA 

185436

Azərbaycanda taksi fəaliyyəti ilə bağlı verilən yeni qərardan sonra tələblərə cavab verməyən avtomobillərin kütləvi şəkildə satışa çıxarıldığı bildirilib. Sosial şəbəkələrdə yayılan məlumata görə həmin avtomobillərin qiymətləri də kəskin enib. Söhbət son zamanlar taksi fəaliyyətində daha çox istifadə olunan “Toyota Prius”lardan gedir.

Maraqlıdır, hazırda taksi fəaliyyəti üçün ən çox hansı avtomobilə tələbat və maraq var?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu məlumatlar bir ajiotajdır:
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada ən çox satılan ÇİN AVTOMOBİLLƏRİ – Bəs ölkəmizdə onlara maraq HANSI SƏVİYYƏDƏDİR?


“Bütün dünyada taksi fəaliyyəti üçün daha çox qənaətcil və komfortlu nəqliyyat vasitələrindən istifadə olunmasına çalışılır. Qaydalara görə, ölkəmizdə taksi fəaliyyətində istifadə olunan avtomobillər B seqmentində olmalıdır. A seqmentində olan, yəni çox kiçik mühərrikli avtomobillər taksi fəaliyyətində istismar oluna bilməz.

Əsasən, bizim ölkədə həm fərdi qaydada, həm də sahibkarlar mühərrik həcmi 1500 kub santimetr civarında olan avtomobillərə üstünlük verirlər.

Bu avtomobillərin bir qismi dizel yanacaqlı, bir qismi isə hibrid avtomobillərdir ki, onlar həm benzinlə, həm də elektrik mühərriki ilə çalışırlar.

“Prius” avtomobil modelinin qiyməti kəskin enməyib, bu bir ajiotajdır. Yaşı 15-dən çox olan həmin nəqliyyat vasitələri 5-10 faiz civarında ucuz təklif olunub. Yenə də həmin avtomobillərin yerinə elə eyni seqmentdə, eyni mühərrik həcmində olan nəqliyyat vasitələrini alırlar”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO